Fariz Quliyev

Layihələrin İdarəedilməsi Departamenti

Departament Rəhbəri

Fariz Ayaz oğlu Quliyev 16 mart 1997-ci ildә Gәncә şәhәrindә anadan olmuşdur.
 
2003-cü ildә Gәncә şәhәr İ.Qayıbov adına 1 saylı orta mәktәbin 1-ci sinfinә başlamış, 2014-cü ildә hәmin mәktәbdәn mәzun olmuşdur.
 
2014-cü ildә Azәrbaycan Respublikası Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyasının İnzibati-İdarәetmә fakültәsinin Menecment ixtisasına qәbul olmuşdur vә hal-hazırda bakalavr tәhsilini davam etdirir.
 
2016-cı ilin aprel ayından iyul ayına qәdәr Azәrbaycan Respublikası Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial İnnovasiyalar üzrә Dövlәt Agentliyinin nәzdindә Bakı şәhәri 2 saylı ASAN Xidmәt mәrkәzindә qrup rәhbәri olaraq könüllü fәaliyyәt göstәrmiş, fәaliyyәtini 1-ci dәrәcә ilә başa vurmuşdur.
 
2015-ci il iyun ayından 2016-cı il iyun ayına qәdәr ARPDİA TGT-si nәzdindә fәaliyyәt göstәrәn Vәtәnpәrvәrlik klubunda  sәdr vәzifәsini tutmuşdur.
 
2016-cı il iyul ayından ASAN Könüllülәri Tәşkilatı Layihələrin İdarəedilməsi Departamentindә Rəhbəri olaraq fәaliyyәtini davam etdirir.
 
İngilis dilini bilir.

Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36