Böyükxanım Babayeva

Layihələrin İdarəedilməsi Departamenti

"Mədəniyyət Carçısı" Proqramının Rəhbəri

Böyükxanım İbrahim qızı Babayeva 22 iyun 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur.
 
2003-cü ildə Tahir Həsənov adına 23 saylı tam orta məktəbin 1-ci sinifinə başlamış, 2014-cü il həmin məktəbdən məzun olmuşdur.
 
2014-cü ildə Azərbaycan Kooperasiya Universitetinin Dünya İqtisadiyyatı və Kommersiya fakültəsinin Kommersiya ixtisasına qəbul olmuş, hal-hazırda bakalavr təhsilini davam etdirir.
 
2015-ci ilin mart ayından iyun ayına qədər Baku 2015 mərasimlər komandası könüllüsü olmuşdur.
 
2016-cı il yanvar ayından mart ayına qədər Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin nəznində Bakı şəhəri 2 saylı "ASAN xidmət" mərkəzində könüllü fəaliyyət göstərmiş, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.
 
2016-cı il fevral ayından iyul ayına qədər YARAT Müasir İncəsənət Mərkəzində könüllü olaraq çalışmışdır.
 
2016-cı il iyun ayında Bakıda keçirilən "Formula 1 Baku Grand Prix"ində könüllü olaraq çalışmışdır.
 
2016-cı il oktyabr ayından ASAN Könüllüləri Təşkilatının təşəbbüsü ilə yaradılmış "Mədəniyyət carçısı" layihəsinin rəhbəri olaraq fəaliyyət göstərir.
 
İngilis dilini bilir.

Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36