Turanə İmanova

Könüllülərlə İş Departamenti

Əməkdaş

Turanə Səxavət qızı İmanova 12 fevral 1994-cü ildə Biləsuvar şəhərində anadan olmuşdur.

2001-2011- ci illərdə Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbdə və 2003-2010- ci illərdə Biləsuvar şəhər Uşaq İncəsənət məktəbində təhsil almışdır.

2011-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin Rizyaziyyat ixtisası üzrə təhsil almışdır.

10.07.2016-10.09.2016 tarixlərində Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Bakı şəhəri 3 saylı "ASAN Xidmət" mərkəzində könüllü olaraq  fəaliyyət göstərmiş, fəaliyyətini qrup rəhbəri olaraq 1-ci dərəcə ilə başa vurmuşdur.

2017-ci il aprel-dekabr tarixində “ASAN Könüllüləri” Təşkilatının 3 saylı “ASAN Xidmət” mərkəzi üzrə nümayəndəsi kimi çalışıb.

01.01.2018 tarixindən "ASAN Könüllüləri" Təşkilatı Könüllülərlə İş Departamentin Əməkdaşı vəzifəsində fəaliyyət göstərir.

MC Word, MC Excel, MC Power Point, MC Office Picture Manager və s. proqramlarını bilir.

İngilis dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36