Tofiq Adıgözəlov

Könüllülərlə İş Departamenti

Sumqayıt "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Adıgözəlov Tofiq Nazim oğlu 17 yanvar 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

2003-cü ildə Sumqayıt şəhər 21 saylı tam orta məktəbinə daxil olmuş, 2014-cü ildə həmin məktəbi bitirmişdir.

2014-cü ildə Sumqayıt Dövlət Universitetinin Fizika müəllimliyi ixtisasına daxil olmuş və 2015-ci ildən həmin universitetinin fakultə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri, universitet üzrə isə Tələbə Elmi Cəmiyyətinin sədr müavini təyin olunmuşdur.

2016 və 2017-ci illərdə Sumqayıt Dövlət Universitetində Ümumi Lider Heydər Əliyevin anadan olmasınının ildönümünə həsr olunmuş II və III elmi konfranslarının hər birində fakultə üzrə I yerə layiq görülmüşdür.

2016-cı il 10 noyabr-10 yanvar tarixlərində Sumqayıt regional "ASAN xidmət" mərkəzində könüllü olaraq fəalliyyət göstərmiş, fəaliyyyətini qrup rəhbəri olaraq 1-ci dərəcə ilə uğurla başa vurmuşdur. 

2017-ci ilin yanvar ayında Sumqayıt regional "ASAN xidmət" mərkəzinin “İlin fəal könüllüsü” adına layiq görülmüşdür.

2017-ci il 13 fevral tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və Təlim şöbəsində könüllü olaraq fəaliyyət göstərmişdir.

2017-ci ilin aprel ayında Rusiya Federasiyasının Pskov şəhərində universitetlər arasında keçirilmiş Beynəlxalq konfransa Sumqayıt Dövlət Universiteti tərəfindən ezam olunmuş və sertifikatla geri dönmüşdür.

2017-ci ildə keçirilmiş “FİNANCE AND İNVESTMENT FORUM”-unda təşkilat rəhbəri olmuşdur.

2017-ci ilin iyun ayından etibarən Sumqayıt şəhərində Almaniyanın “Sparkasse Financegroupe” adlı maliyyə fondunun treyner vəzifəsində çalışmağa başlamışdır.

2017-ci ilin iyul ayından etibarən “ASAN Könüllüləri” Təşkilatının Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi üzrə nümayəndəsi kimi fəaliyyət göstərir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36