Haqq Rüstəmov

Könüllülərlə İş Departamenti

5 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Haqq Rüstəmov Səhraf oğlu 24.04.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur.

2003-2015-ci illərdə Respublika Gözdən əlillər məktəbində orta təhsil almışdır.

2015-ci ildə də Bakı Dövlət Universiteti filalogiya alman dili və ədəbiyyat ixtisasına daxil olmuşdur. Hal-hazırda bakalavr təhsilini dəvam etdirir.

2014-cü ildə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərkibində “Azərbaycanın Gələcəyi Uşaq və Gənclər” Təşkilatında regionlarla əlaqələr üzrə sektor rəhbəri olmuşdur.

7 il müddətində şahmatla məşğul olmuş, məşğul olduğu dövrdə Respublika çempionu və bir çox beynəlxalq yarışların qalıb olmuşdur.

2017-cı il yanvar ayından mart ayına qədər Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Bakı şəhəri 5 saylı "ASAN xidmət" mərkəzində könüllü fəaliyyət göstərmişdir.

Hal-hazırda “ASAN könüllüləri” Təşkilatının 5 saylı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi vəzifəsində çalışır.

Word,Excell programları bilir.

Rus, Alman dillərini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36