Könül Mustafayeva

Könüllülərlə İş Departamenti

4 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

 4 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Könül Mustafayeva Vəli qızı 15.12.1996-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur.

 2003-2014-cü illərdə Bakı şəhəri A.Qambayzadə adına 148 saylı tam orta məktəbdə orta təhsil almışdır.

2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin İstehlak mallarının ekspertizası və marketinqi ixtisasına daxil olmuşdur. Hal-hazırda bakalavr təhsilini davam etdirir.

2015-ci ildə Bakı şəhərində keçirilən 1-ci Avropa Oyunlarının Əməliyyat könüllüsü olmuşdur.

2016-cı il avqust-oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 4 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışmış, fəaliyyətini 1-ci dərəcə ilə qrup rəhbəri kimi başa vurmuşdur.

2017-ci ildə 4-cü İslam Həmrəylik Oyunlarında Communucation bölməsində könüllü olmuşdur. Həmin Oyunlarda Pre-games könüllüsü olmuşdur.

Hal-hazırda “ASAN könüllüləri” Təşkilatının 4 saylı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi vəzifəsində çalışır.

MC Word, MC Excell, MC Power Point və Mühasibatlıq 1C proqramlarını bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36