Rübabə Yusifova

Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş Departamenti

Əməkdaş

Rübabə Vüqar qızı Yusifova 30 mart 2000-ci ildә Bakı şәhәrindә anadan olmuşdur.

2006-cı ildә Misirin Qahirə şəhərindəki "İrish school"da 1-ci sinfә başlamış, 2009-cu ildə Bakı şəhərindəki "132-134 saylı Beynəlxalq Təhsil kompleksin"ə daxil olmuşdur.2013-cü ildə Özbəkistanın Daşkənd şəhərindəki "Tashkent Ulugbek İnternational School" – da təhsilini davam etdirmiş, 2015- ci ildə həmin şəhərdə "Second Academic Lyceum under the Uzbekistan State University of World Languages" liseyinə daxil olmuşdur.

2016-cı ildə isə Bakı şəhərindəki 171 saylı tam orta məktəbin 11 ci sinifinə başlamış, 2017-ci ildә hәmin mәktәbdәn mәzun olmuşdur.

2016-cı ildən  "Azerbaijan Youth Development Organization" (AYDO) -nun üzvüdür.

Tashkent Ulugbek İnternational School-da oxuduğu müddətdə Amerika Birləşmiş Ştatlarının Public Library Of Science(PLOS1) jurnalında çap olunmuş bir məqalədə "technical assistance" kimi çıxış etmidir.

2017-cı ilin aprel ayından iyun ayına qәdәr Azәrbaycan Respublikası Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial İnnovasiyalar üzrә Dövlәt Agentliyinin nәzdindә Bakı şәhәri 2 saylı "ASAN Xidmәt" mәrkәzindә könüllü fәaliyyәt göstәrmiş, fәaliyyәtini 1-ci dәrәcә ilә başa vurmuşdur.

2017-ci il iyul ayından "ASAN Könüllüləri" Təşkilatının Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş Departanentinin əməkdaşıdır

İngilis, Rus, Özbək, Fransız dillərini bilir


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36