
Amİn Quluzadə
İctimaiyyətlə Əlaqələr Departamenti
Departament Müdiri
Amin Baxşeyiş oğlu Quluzadə 01 May 1994-cü ildə doğulmuşdur.
2000-2011-ci illərdə Şirvan şəhər 21 saylı məktəbdə orta təhsilini almışdır.
2015-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi İngilis dili böməsinə daxil olmuş. Hal-hazırda bakalavr təhsilini davam etdirir.
2016-ci ildən Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvüdür.
20.09.2016 - 20.11.2016 tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeçiliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini qrup rəhbəri olaraq 1-ci dərəcə ilə başa vurmuşdur.
01.04.2017-ci ildən "ASAN Könüllüləri" Təşkilatı İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı olmuş.
1 Dekabr 2017-ci ildən "ASAN Könüllüləri" Təşkilatı İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri olaraq fəaliyyətini davam etdirir.
2017-ci il sentyabr-dekabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Kolumbiyanın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi Azərbaycanlı Dövlət Qulluqçuları üçün olan V İspan Dili Kursunda iştirak etmiş, kursu müvəffəqiyyətlə tamamlamış və fərqləndiyinə görə Kolumbiyanın Caldas Universitetinin fərqlənmə diplomu ilə təltif olunmuşdur.
01 İyun 2017-ci ildən Barama İnnovasiya Mərkəzinin Bakı Dövlət Universiteti üzrə koordinatorudur.
İngilis və İspan dillərini bilir.