Səbinə Cabarova

Layihələrin İdarəedilməsi Departamenti

Əməkdaş

Səbinə Cabarova  Fahad qızı 15 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2004-cü ildә Bakı şәhәr Fikrət Tağıyev adına 72 saylı lisey-mәktәbin 1-ci sinfinә başlamış, 2015-ci ildә hәmin mәktәbdәn mәzun olmuşdur.

2012-ci ildə İnsan Hüquqları üzrə pilləli tədris barəsində mühazirələrdə iştirak etmişdir.

2015-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültәsinin Sosiologiya ixtisasına qәbul olmuşdur vә hal-hazırda bakalavr tәhsilini davam etdirir.

2017-ci ildə fevral-may aylarında İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən Model of
Organization of İslamic Cooperation layihəsinin mühazirələrində, daha sonra simulyasiyalarda iştirak etmişdir.

2017-ci ilin may ayında Sudanın Azərbaycandaki səfiri ilə görüşlərdə və diskusiyalarda fəal iştirak eləmişdir.

2017-ci ildə iyun və avqust aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 4 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışmış və 1-ci dərəcə ilə fəaliyyətini  başa vurmuşdur.

2017-cı il iyul ayından "ASAN Könüllülәri" Tәşkilatı Layihələrin İdarəedilməsi Departamentinin əməkdaşı olaraq fәaliyyәt göstərir.

İngilis və rus dillərini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36