Səltənət Həsənova

Könüllülərlə İş Departamenti

1 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Səltənət Qara qızı Həsənova 28.11.1996-cı ildə anadan olmuşdur.

2003-2013-cü illərdə Bakı şəhəri, Binəqədi rayonu 99 saylı tam orta məktəbdə təhsil almışdır.

2014-cü ildə Ak. M. Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin məzunu olmuşdur.

2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin Dünya İqtisadiyyatı ixtisasına daxil olmuşdur. Hal-hazırda bakalavr təhsilini davam etdirir.

06.06.2017-06.07.2017-ci il tarixlərində “PAŞA Həyat Sığorta” ASC-nin Hüquq departamentinin Kargüzarlıq şöbəsində təcrübə keçmişdir.

15.06.2017-15.08.2017-ci il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Bakı 1 saylı “ASAN Xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.

24.10.2017-ci il tarixində "ASAN School" məktəbinin  “Master 2” mərhələsində  Binəqədi Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə başlamışdır.

Hal-hazırda “ASAN Könüllüləri” Təşkilatının 1 saylı “ASAN Könüllüləri” mərkəzi üzrə nümayəndəsi kimi fəaliyyət göstərir.

MC Office  proqramlarını bilir.

İngilis dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36