Şamil Nuriyev

Könüllülərlə İş Departamenti

5 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Şamil Ramil oğlu Nuriyev 13 may 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur.

2005-ci ildə Bakı şəhəri 171 nömrəli tam orta məktəbə daxil olmuş, 2016-cı ildə həmin məktəbi bitirmişdir.

2 il üzgüçülük, 3 il “Judo” idman növü ilə məşğul olmuşdur. “Judo” ilə məşğul olduğu vaxt ərzində azyaşlılar arasında Respublika 2-cisi olmuşdur.

2016-ci ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsi , Tərcümə (İngilis-Azərbaycan dili üzrə) ixtisasına daxil olmuşdur. Hazırda təhsilini davam etdirir.

2016-cı ilin mart ayında keçirilən  “Multikulturalizm, tolerantlıq və birgə yaşayış” mövzusunda olan Ümumrespublika-Bakı konfransında iştirak edib 2-ci yerə layiq görülmüşdür.

2016-cı ilin may ayında ictimai-sosial həyatda aktiv iştirakı və təhsildə əldə etdiyi nailiyyətlərə görə "Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları" Təşkilatı tərəfindən “Fəxri Fərman”-la təltif olunmuşdur.

2016-cı ilin may ayından etibarən Azərbaycan Tələbə Həmkarlar İttifaqı komitəsinin BSU üzrə təftiş komissiyasının sədri vəzifəsini daşıyır.

2017-ci ilin oktyabr ayından Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Universitet üzrə sədr müavinidir.

2017-ci ilin iyul-sentyabr aylarında 5 saylı Bakı "ASAN xidmət" mərkəzində könüllü olmuş, fəaliyyətini 1-ci dərəcə ilə bitirmişdir.

Hal-hazırda "ASAN Könüllüləri" Təşkilatının  5 saylı Bakı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndəsi vəzifəsində çalışır.

İngilis dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36