Səbirəxanım Yadigarlı

Könüllülərlə İş Departamenti

Sabirabad "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Yadigarlı Səbirəxanım 04.09.1996 tarixində Sabirabad rayonunda anadan olmuşdur.

2003-cü ildə Sabirabad rayon N.Nərimanov adına 2 saylı tam orta məktəbə daxil olub. 2014-cü ildə həmin məktəbdən məzun olmuşdur.

2015-ci ildə Sabirabad rayon Peşə liseyinin komputer kursuna daxil olub, 2016-cı ildə bitirmişdir.

2017-ci ilin aprel-may aylarında Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Sabirabad "ASAN xidmət" mərkəzində könüllü fəaliyyət göstərmiş, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.

Hal-hazırda  "ASAN Könüllüləri" Təşkilatının Sabirabad  Regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəsi vəzifəsində çalışır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36