Aytac Mənsurova

Könüllülərlə İş Departamenti

5 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Aytac Tofiq qızı Mənsurova 28 iyun 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur.

2005-2016-cı illərdə N. K. Baybakov adına 67 saylı tam orta məktəbdə təhsil almışdır.
2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakültəsi Marketinq ixtisasına daxil olmuşdur və hal hazırda ali təhsilini davam etdirir.
2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatında, 2017-ci ildən isə Tələbə Elmi Cəmiyyətində qrup nümayəndəsi vəzifəsində çalışır.
2017-ci- ilin avqust-oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.
2017-ci il dekabr ayından etibarən “ASAN Könüllüləri” Təşkilatının 5 saylı “ASAN Xidmət” mərkəzi üzrə nümayəndəsi vəzifəsində fəaliyyət göstərir.
"Microsoft Office" proqramlarını bilir.
İngilis dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36