Fidan Səfərova

Könüllülərlə İş Departamenti

Əməkdaş

Səfərova Fidan Elşən qızı 18.12.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur.

2000-2008-ci illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbdə təhsil almışdır.

2009-cu ildə AzMİU nəzdində Fizika Riyaziyyat təmayüllü liseyə daxil olmuş, 2011-ci ildə həmin liseyi bitirmişdir.

2014-cü ildə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasına daxil olmuşdur. Hal–hazırda bakalavr təhsilini davam etdirir.

30.01.2017-30.03.2017 tarixləri arasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Bakı 1 saylı “ASAN Xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.

01.01.2018 tarixindən "ASAN Könüllüləri" Təşkilatı Könüllülərlə İş Departamentin Əməkdaşı vəzifəsində fəaliyyət göstərir.

İngilis dilini bilir. 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36