Nailə Abbasova

"Mədəniyyət Carçısı" Proqramı

"Mədəniyyət Carçısı" Proqramının əməkdaşı

 Nailə Abbasova Namiq qızı 25 fevral 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2004-cü ildə Xırdalan şəhər  2 saylı tam orta məktəbin 1-ci sinfinə başlamış, 2015-ci il həmin məktəbdən məzun olmuşdur.

2005-ci ildə Xırdalan şəhər Musiqi məktəbinə daxil olmuş və 2012-ci ildə Xırdalan şəhər Musiqi məktəbinin tam kursunu fortepiano ixtisası üzrə bitirmişdir.

2015-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin  Kompüter Elmləri ixtisasına  daxil olmuş, hal-hazırda bakalavr təhsilini davam etdirir.

2016-ci il noyabr ayından 2017-ci il yanvar ayına qədər Bakı Dövlət Universiteti Tədris Televiziyavə Radio studiosunda televiziya və radio aparıcılığı üzrə təhsil almışdır.

2017-ci ildə "Wowoman Azerbaijan və HR Academy" əməkdaşlığı ilə baş tutan Karyera Planlaması təlimlərində iştirak etmişdir.

2017-cı il avqust-oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin nəzdində Bakı şəhəri 3 saylı "ASAN xidmət" mərkəzində könüllü olaraq çalışmış.

2017-cı il oktyabr ayından "ASAN Könüllüləri" Təşkilatı "Mədəniyyət Carçısı" proqramının əməkdaşı olaraq fəaliyyət göstərir.

İngilis dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36