Ayan Kərİmlİ

Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş Departamenti

Əməkdaş

Ayan  Qafqaz qızı Kərimli 14 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2004-cü ildə Bakı şəhəri Nərimanov rayonu Tahir Həsənov adına 57 saylı orta məktəbdə 1-ci sinfə başlamış  və 2015-ci ildə həmin məktəbdən  məzun olmuşdur.

2015-ci ildə Qafqaz Universitetinin Kimya mühəndisliyi ixtisasına daxil olmuş, hal-hazırda Bakı Mühəndislik Universitetində bakalavr təhsilini davam etdirir.

2017-ci il may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunlarında “Venue Management” şöbəsində radio operator vəzifəsində könüllü olaraq çalışmışdır.

15.06.2017-15.08.2017-ci il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Bakı 1 saylı “ASAN Xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.

2017-ci il iyul ayında "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, ADA universiteti, "ADA MUN" Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə keçirilən "AVO MUN" layihəsinin iştirakçısı olmuşdur.

2017-ci il avqust, sentyabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində təcrübə keçmişdir.

2017-ci il sentyabr-dekabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və  Kolumbiyanın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi Azərbaycanlı Dövlət Qulluqçuları üçün olan V İspan Dili Kursunda iştirak etmiş, kursu müvəffəqiyyətlə tamamlamış və fərqləndiyinə görə Kolumbiyanın Caldas Universitetinin fərqlənmə diplomu ilə təltif olunmuşdur.

2017-ci il noyabr ayından "ASAN Könüllüləri" Təşkilatının Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş Departamentinin əməkdaşıdır.

İngilis və İspan dillərini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36