Əkbər Mİkayılov

Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş Departamenti

Beynəlxalq Əlaqələr şöbəsinin müdiri

Əkbər Namiq oğlu Mikayılov  03.09.1998-cı ildə Bakı şəhərində anadan olmuşdur.

2004-2015-cı illərdə 143 №-li tam orta məktəbdə təhsil almışdır.
 
2015-ci ildə ADA universitetinin Biznes Məktəbi fakültəsinin Biznesin İdarəedilməsi ixtasasına daxil olmuşdur. Hal-hazırda bakalavr təhsilini davam etdirir.
 
15.08.2017-15.10.2017 tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Bakı 1 saylı “ASAN Xidmət” Mərkəzində könüllü olaraq fəaliyyət göstərmişdir, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.
 
01.10.2017-15.01.2018 tarixlərində “ASAN Könüllüləri” Təşkilatının 1 saylı “ASAN Könüllüləri” mərkəzi üzrə nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
 
05.12.2017-05.02.2018 tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN Təlim-tədris Mərkəzi"ndə Master 2 mərhələsi üzrə könüllü olmuşdur.
 
Hal-hazırda  “ASAN Könüllüləri” Təşkilatının Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş Departamenti Beynəlxalq Əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
 
İngilis dilini bilir.
 
 

Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36