Sənan Ələsgərov

Sağlamlıq İmkanları məhdud gənclərlə İş departamentİ

Departament müdiri

Sənan Kənan oğlu Ələsgərov 22.02.1998-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

2004-2015-ci illərdə orta məktəb təhsilini Gəncə şəhərində almış.

2018-ci ildə Moskva Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Hal-hazırda həmin universitetdə İdarəetmə fakültə üzrə təhsilini davam etdirir.

2017-ci ilin iyul ayından sentyabr ayına qədər Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışmış, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.

Bakı şəhərində və bölgələrdə əlliklə bağlı bir çox sosial layihələr etmişdir. Dünyada ilk dəfə Azərbaycanda keçirilən I Uşaq Paralimpiya Oyunlarının üzgüçülük idman növü üzrə qalibi olmuşdur.

2017-ci ilin yanvar ayından "ASAN Könüllüləri" Təşkilatı Sağlamlıq İmkanları Məhdud Gənclərlə İş Departamentinin müdiri olaraq fəaliyyət göstərir.

Rus dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36