Aynur Musayeva

Könüllülərlə İş Departamenti

4 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Aynur Əşrəf qızı Musayeva 09.10.1998-ci ildə anadan olmuşdur.

2005-2016 illərdə Bakı şəhəri,Sabunçu rayonu 67 saylı tam orta məktəbdə təhsil almışdır.

2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecinin Mühasibat Uçotu ixtisasına daxil olmuşdur. Hal-hazırda həmin kollecdə təhsilini davam etdirir.

2017-ci il avqust-sentyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində 4 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini qrup rəhbəri olaraq 1-ci dərəcə ilə başa vurmuşdur.

08.12.2017-ci il tarixindən  "ASAN Könüllüləri" Təşkilatının 4 saylı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəsi vəzifəsində çalışır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36