Şİrxan Qurbanov

Sağlamlıq İmkanları məhdud gənclərlə İş departamentİ

Əməkdaş

Şirxan Rəfxan oğlu Qurbanov 9 Oktyabr 1998-ci ildə anadan olmuşdur.

2004-2015-ci illərdə Bakı şəhəri Nərimanov rayonu 47 nömrəli tam orta məktəbdə təhsil almışdır.

2015 -ci ilin iyul ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial Elmlər fakültəsinin Sosial İş ixtisasına daxil olub.

2017-ci il 30 noyabr -2018-ci il 30 yanvar tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışmış, fəaliyyətini 1-ci dərəcə ilə başa vurmuşdur.

12-22 May aralığında keçirilən Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının iştirakçısı olmuş və könüllü fəaliyyətini “Team Leader” olaraq uğurla başa vurmuşdur.  

ABŞ-ın Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun "Fullbright" proqramı çərçivəsində “Sosial proqram və xidmətlərin yaradılması” mövzusunda 2016-cı il 28 mart-8 aprel tarixlərində keçirilmiş mühazirlərdə uğurla iştirak etmişdir. 

ABŞ-ın Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosunun Fullbright proqramı çərçivəsində “Sosial İşin Tədqiqat Metodları” mövzusunda 28-30 Noyabr 2016-cı il tarixlərində keçirilmiş təlimdə iştirak etmişdir.

Azərbaycan Respublikasi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin birgə tərafdaşlığı ilə 2016-cı il 18-20 Oktyabr tarixlərində keçirilən “ART THERAPY” programının iştirakçısı olmuşdur.

2018- ci ilin fevral ayından “ASAN Könüllüləri” Təşkilatı Sağlamlıq İmkanları Məhdud Gənclərlə İş Departamentinin əməkdaşı olaraq fəaliyyət göstərir.

İngilis və Rus dillərini bilir.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36