“Könüllülər Parlamenti - Azərbaycan” 2017

Şəxsi inkişaf

“Könüllülər Parlamenti - Azərbaycan” layihəsi yenidən qarşınızdadır!
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin tərəfdaşlığı ilə gənclərin siyasi biliklərinin hərtərəfli inkişafına təkan vermək və vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaq məqsədilə “Könüllülər Parlamenti - Azərbaycan”- 2017 layihəsinə start verilir.

Azərbaycan Respublikası Milli Məclisinin simulyasiyası formasında baş tutacaq layihənin müsahibə mərhələsindən keçən 16-25 yaş aralığında 100 iştirakçı ilk mərhələdə (14-15 oktyabr) siyasi analitiklər və politoloqlar tərəfindən qoyulmuş mövzularla bağlı xüsusi təlimlərə qatılacaqlar. 
Təlimlərin yekununda iştirakçılar öyrəndikləri mövzuları yetərincə mənimsədiklərini nümayiş etdirmək üçün
yazılı formada onlara təqdim olunmuş mövzuları artıq öz subyektiv yanaşmalarına əsasən təqdim edəcəklər .
Layihənin ikinci mərhələsində analiz qabiliyyətlərinə əsasən seçiləcək şəxslər 4 gün ərzində Şamaxı rayonunda baş tutacaq layihədə müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi analiz bacarıqlarını göstərmək üçün imkan qazanacaqlar.
Qeyd edək ki, gənclər layihənin gedişi zamanı yalnız simulyasiya ilə kifayətlənməyəcək, bir çox sosial aksiyada da iştirak edəcəklər.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36