"Sağlamlıq Günü: ASAN Könüllülərinin III Spartakiadası"

Sağlam ruh

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə "Sağlamlıq Günü: ASAN Könüllülərinin III Spartakiadası" layihəsi Qəbələ şəhərində həyata keçiriləcək. Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Mahir Hətəmovun layihə rəhbəri olduğu “ASAN Könüllülərinin 3-cü spartakiadası”nın əsas məqsədi ölkənin milli idman strategiyasının dəstəklənməsi, gənclər arasında idmanın təbliği ilə sağlam nəslin formalaşdırılmasına töhfə verməkdir.

Layihədə iştirakçılar qaçış, kəndirdartma, stolüstü tennis, voleybol və atıcılıq idman növləri üzrə I, II və III yer uğrunda yarışacaqlar. Sonda isə hər komanda üzvü sertifikat və medallarla təltif ediləcək. Növbəti ASAN  Spartakiada kuboku  I yeri tutmuş komandaya təhvil veriləcək.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36