"Könüllülər-Yurdu Azərbaycan" 2017

Vətənpərvərlik

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı həyata keçirilən, 24 şəhər və 8 regionu əhatə edən ən böyük könüllülük platforması “Könüllülər Yurdu –Azərbaycan” 2017 layihəsi başa çatıb. 

Layihənin keçirilməsində əsas məqsəd könüllü fəaliyyətini təbliğ etməklə gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla da sosial-ictimai sahədə gənclərinin rolunun artırılmasına nail olmaqdır. “ASAN xidmət”in tərkib hissəsi olan 12 mindən çox könüllü eyni zamanda respublikamızda keçirilən beynəlxalq yarışların uğurla yekunlaşmasında yaxından iştirak ediblər.

Qeyd edək ki, “Könüllülər Yurdu-Azərbaycan” layihəsində ümumilikdə 1000-ə yaxın gənc iştirak edib.

Layihədə “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr” karyera mərkəzi, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib.

Həmçinin layihə ərzində 80000-dən artıq ailəyə könüllük fəaliyyəti ilə bağlı marifləndirici bukletlər paylanılıb.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36