"Gənc beyin" 2016

Şəxsi inkişaf

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN Könüllüləri" təşkilatının təşkilati dəstəyi ilə keçirilən "Gənc Beyin" 2016 layihəsinə start verilib. Layihənin əsas məqsədi əsəb, gərginlik, stress, depressiyadan uzaq olmaq, özünə inam hissini formalaşdırmaqdır.
"ASAN Könüllüləri" Təşkilatı psixoloji təlimlər silsiləsindən ibarət "Gənc Beyin" layihəsi Sabirabad, Bərdə, Qəbələdə keçirilmişdir.

Son zamanlar gənclər arasında psixoloji gərginliklərin və özünəqəsd hallarının artmasını nəzərə alaraq gənclərimizin psixi sağlamlığının qorunması məqsədilə həyata keçirilən psixoloji təlimlər silsiləsindən ibarət olan "Gənc Beyin" 2016 layihəsi Qəbələ, Sabirabad, Bərdə və ətraf ərazidə yaşayan gəncləri əhatə edib. Layihədə ümumilikdə 200-ə qədər gənc iştirak edib.

 

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36