"Gənc beyin" 2018

Şəxsi inkişaf

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilati dəstəyi ilə “Gənc Beyin” layihəsi reallaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi, ASAN Könüllüsü Həsənxan Həsənxanlının rəhbəri olduğu layihənin əsas  məqsədi gənclərdə özünə inam hissi,  liderlik xüsusiyyətlərinin formalaşdırılması, nitq qabiliyyətlərinin inkişafı və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə töhfə verməkdir.
“Gənc Beyin” layihəsi çərçivəsində gənclər arasında psixoloji gərginliyi nəzərə alaraq gənclərimizin psixi sağlamlığının qorunması və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə  yönəlmiş  psixoloji təlimlər də həyata keçiriləcək. Layihə Bakı və regionlarda yaşayan gəncləri əhatə edəcək, bir çox fərqli mövzularda təlim və seminarlar keçiriləcəkdir.
Artıq iştirakçılarla Bakı, Gəncə və Masallıda görüşlər baş tutmuşdur. İlk təlim Bakı şəhərində reallaşmış, təlimçi Atəş Musazadə tərəfindən “Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empatiya hissi”, “Manipulyasiya və ondan müdafiə”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar”, “İctimai aqressiya” mövzuları üzrə təlimlər keçirilmişdir. Mövzu ətrafında interaktiv müzakirələr aparılıb. Layihə iştirakçıları sertifikatlarla təltif ediliblər.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36