
Bəylər Səfərov
Könüllülərlə İş Departamenti
2 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə
Səfərov Bəylər Yaşar oğlu 25 aprel 1998-ci ildə İmişli şəhərində anadan olub.
2004-2015-ci illərdə İmişli rayon, Muradallı Kənd Tam Orta məktəbində təhsil alıb.
2015-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olub. Hazırda 4-cü kurs tələbəsidir.
2016-cı ildə Fairmont Tower otelində 2 ay 15 gün müddətində şirniyyatçı olaraq təcrübə keçib.
2017-ci il İslam oyunlarında Transport Operation-da Team Leader olaraq fəaliyyət göstərib.
2017-ci il İslam oyunları müddətində Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən yaradılmış "Ask Me" layihəsində iştirak edib.
30.09.2017 - 09.10.2017-ci il tarixlərində keçirilmiş WBC (55 Th Box Convention in Baku) toplantılarında könüllü olaraq təşkilatçılıq edib.
09.04.2018 - 09.09.2018-ci il müddətində Fairmont Tower otelində Barmen kimi təcrübə keçib.
2017-ci ildə iyun və avqust aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışıb və 1-ci dərəcə ilə fəaliyyətini başa vurub.
Həvəskar youtuberdir. Boş vaxtlarında araşdırmağı sevir.
Ofis proqramlarında işləmə bacarığı var.
İngilis dilin bilir.