Dmitriy Yermakov

Layihələrin İdarəedilməsi Departamenti

"ASAN Məktub" layihəsinin əməkdaşı

Yermakov Dmitriy Anatolyeviç 7 yanvar 2001-ci ildə Bakı şəhərində anadan olub.

2007-2018 ci illərdə Bakı şəhəri Sabunçu rayonu  N.K.Baybakov adına 67 saylı tam orta məktəbdə təhsil alıb.

2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına Dizayn fakültəsinə daxil olub. Hal-hazırda həmin universitetdə Dizayn ixtisası üzrə təhsilini davam etdirir.

2017-ci ilin iyul ayından sentyabr ayına qədər Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib, fəaliyyətini 1-ci dərəcə ilə başa vurub.

2018-ci ilin sentyabr ayından “ASAN Könüllüləri” Təşkilatının "ASAN Məktub" layihəsinin əməkdaşı olaraq fəaliyyət göstərir.

 Rus dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36