Səbinə Cabarova

Rəhbərlik

Sədr

Səbinə Cabarova  Fahad qızı 15 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub.

2004-cü ildә Bakı şәhәr Fikrət Tağıyev adına 72 saylı lisey-mәktәbin 1-ci sinfinә başlayıb, 2015-ci ildә hәmin mәktәbdәn mәzun olub.

2012-ci ildə İnsan Hüquqları üzrə pilləli tədris barəsində mühazirələrdə iştirak edib.

2015-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültәsinin Sosiologiya ixtisasına qәbul olub vә hal-hazırda bakalavr tәhsilini davam etdirir.

2017-ci ildə fevral-may aylarında İslam Əməkdaşlıq Təşkilatı tərəfindən həyata keçirilən “Model of
Organization of İslamic Cooperation” layihəsinin mühazirələrində, daha sonra simulyasiyalarda iştirak edib.

2017-ci ilin may ayında Sudanın Azərbaycandakı səfiri ilə görüşlərdə və diskusiyalarda fəal iştirak edib.

2017-ci ildə iyun və avqust aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 4 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışıb və 1-ci dərəcə ilə fəaliyyətini  başa vurub.

2018-ci il 5-14 aprel tarixlərində ATƏT- in prezident seçkilərində kiçik əməliyyatlar üzrə ekspert köməkçisi kimi çalışıb.

2018-ci ilin iyul ayında Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətlərinin 2ci Gənclər Festivalında Azərbaycan nümayəndəsi kimi iştirak edib.

2018-ci ilin avqust ayında Cənubi Koreya və Azərbaycanın mübadilə proqramı çərçivəsində Cənubi Koreya Respublikası və Gender, Bərabərlik və Ailə Nazirliyi tərəfindən Seul, Ulsan və Busan şəhərlərində keçirilən “Gənc Sahibkarlar” layihəsində Azərbaycan nümayəndəsi kimi iştirak edib.

 2017-cı il iyul ayından 2018-ci ilin avqustunadək "ASAN Könüllülәri" Tәşkilatı Layihələrin İdarəedilməsi Departamentinin əməkdaşı olaraq fәaliyyәt göstərib.

2018-ci il 27 avqustdan etibarən “ASAN Könüllüləri” Təşkilatının sədridir.

 

İngilis və rus dillərini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36