Nərgiz Sadıqova

İctimaiyyətlə Əlaqələr Departamenti

Əməkdaş

Sadıqova Nərgiz Rafail qızı 1998- ci il 15 iyul tarixində Bakı şəhərində anadan olub.

2001-2005- ci illlərdə Cücələrim rəqs ansamblının solisti olmuşdur.

2004-2015- ci illərdə Nərimanov rayonu N. Nərimanov adına 45 saylı tam orta məktəbdə təhsil alıb.

2015-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Sosiologiya ixtisasına daxil olub.

Könüllülük fəaliyyətinə 1 saylı “ASAN xidmət” mərkəzində başlayıb və fəaliyyətini birinci dərəcəli sertifikatla başa vurub.

Həmçinin Boccia paralimpiya yarışlarında. 4-cü İslam Həmrəyliyi Oyunlarında Milli Olimpiya Komitəsinin  Türkiyə komandasının əməkdaş könüllüsü kimi fəaliyyət göstərmişdir.

Bakı Şəhər Halqasında Formula 1 oyunlarının Yanğınsöndürmə və Xilasetmə Marşalıdır.

Bir çox forumların və seminarların iştirakçısı olub. Bunlara misal olaraq Bakıda keçirilən “Azərbaycan və Qazaxstan Gənclərinin Forumu”nu və Moskva şəhərində keçirilən “Beynəlxalq Könüllülər Forumu”nu göstərə bilərik.

2018- ci il 17 oktyabr tarixindən etibarən “ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr departamentinin əməkdaşıdır.

Rus və İngilis dillərini bilir. Microsoft Office proqramlarında işləməyi bacırır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36