Aqşin Balahəsənli

Ümumi İşlər Departamenti

Əməkdaş

Aqşin Balahəsənli Mustafa oğlu 10 fevral 1999-cu ildə anadan olub.

2005-ci ildə Bakı şəhəri 263 saylı tam orta məktəbin 1-ci sinfinə başlayıb,2016-cı  ildə Ağstafa rayon 1 saylı tam orta məktəbdən məzun olub.

2016-cı ildə Azərbaycan Turizm və Menecment universitetinin Xidmət mühəndisliyi fakültəsinin Nəqliyyat Servisi ixtisasına qəbul olub və hal hazırda bakalavr təhsilini davam etdirir.

2016-cı il sentyabr və noyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərib və 1-ci dərəcə ilə fəaliyyətini  başa vurub.

2017-ci il iyun və avqust aylarında Master 2 proqramı çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olub və fəaliyyətini fərqlənmə ilə başa vurub.

2018-ci ilin sentyabr ayından  etibarən "ASAN Könüllüləri" Ümumi işlər departamentinin əməkdaşı olaraq fəaliyyət göstərir.

İngilis dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36