Eyvaz Xeyrullayev

Könüllülərlə İş Departamenti

Quba regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Eyvaz Eynulla oğlu Xeyrullayev 25 yanvar 1994-cu ildə Quba şəhərində anadan olmuşdur.

2001-2012-ci illərdə Quba şəhəri Nügədi kənd orta məktəbdə təhsil almış və tam orta təhsilini bitirmişdir.

2010-2014 -ci ildə Quba Dövlət Sosial-İqtisadi Kollecinin “Fiziki tərbiyə müəllimliyi” üzrə təhsil almışdır.

Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın inkişafının sürətləndirilməsi seminarıda iştirak etmişdir.

Q.H.T Resus və Təlim mərkəzində könüllü kimi fəaliyyət göstərmişdir.

30.12.2017-28.02.2018 tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Quba regional “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini aktiv könüllü olaraq 1-ci dərəcə ilə başa vurmuşdur.

2018-ci ilin Noyabr ayından “ASAN Könüllüləri” Təşkilatı Quba regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndə vəzifəsində fəaliyyət göstərir.

 MC Office, Adobe Premiere, Adobe, Lightroom, Adobe Photoshop, Camtasia Studio 8 proqramlarında işləməyi bacarır.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36