Elmir Səmədli

Könüllülərlə İş Departamenti

2 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Elmir Səmədli Pərviz oğlu 18 avqust 2000-ci ildə Bakı şəhərində anadan olub.
 
2007-2018-ci illərdə 55 saylı tam orta məktəbdə təhsil alıb.
 
2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.Hazırda 1-ci kurs tələbəsidir.
 
2016-cı ildə “Ölkəmizi tanıyaq” layihəsində iştirak etmişdir.
 
2016-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi və “İRƏLİ”  İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan İntellektual Birincisi” layihəsində iştirakına görə şəhadətnamə ilə təltif olunmuşdur.
 
2018-ci ildə oktyabr və noyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışıb və 1-ci dərəcə ilə fəaliyyətini  başa vurub.
 
Ofis proqramlarında işləməyi bacarır.
 
İngilis dilini bilir.

Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36