Nailə Abbaslı

Könüllülərlə İş Departamenti

Sumqayıt regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Nailə Abbaslı Namik qızı 15 iyul 2000-ci ildə anadan olub. 

2006-2017-ci illəri ərzində Sumqayıt şəhərində Təbiət elmləri təmayüllü gimnaziyada təhsil alıb. 

2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisad Məktəbi fakültəsinin Dünya İqtisadiyyatı ixtisasına qəbul olub və hal-hazırda 2-ci kurs tələbəsidir. 

2017-ci il avqust ayından etibarən AİESEC'də Operations Manager vəzifəsini icra edir.

Müxtəlif zamanlarda NANOMe Brain Development, İnsurance and Insurance Culture kimi təlimlərdə iştirak etmişdir. MUN iştirakçısı olub.

15.08.2018-15.10.2018 tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Sumqayıt regional “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərib, fəaliyyətini 1-ci dərəcə ilə başa vurub.

2018-ci il 23 dekabr tarixindən etibarən "ASAN Könüllüləri" Təşkilatı Sumqayıt regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndə vəzifəsini icra edir.

Microsoft Word, PowerPoint, Excel kimi proqramları bilir.

İngilis dilini bilir.  


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36