Yusibli Toğrul

Könüllülərlə İş Departamenti

Bərdə regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Yusibli Toğrul Alov oğlu 19 yanvar 1994-cü ildə Bərdə şəhərində anadan olub.

2000-2011-ci illərdə Bərdə şəhər E.Kərimov adına 4 saylı tam orta məktəbdə təhsil alıb.

2011-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-Neft-Mədən fakültəsində bakalavr təhsili alıb.

2012-2014-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-Neft-Mədən fakültəsi üzrə Həmkarlar İttifaqının sədri vəzifəsini icra edib.

29.09.2018 - 29.11.2018  tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Bərdə regional "ASAN xidmət" mərkəzində könüllü olaraq fəaliyyət göstərib, fəaliyyətini 1-ci dərəcə ilə və qrup rəhbəri olaraq başa vurub.

2018 -ci ilin dekabr ayından "ASAN Könüllüləri" Təşkilatı Bərdə regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndə vəzifəsində fəaliyyət göstərir.

MC Word, PowerPoint, Excel proqramlarında işləməyi bacarır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36