Məmmədəli Mahmudov

Könüllülərlə İş Departamenti

Mingəçevir regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Məmmədəli Mahmudov Rövşən oğlu 6 aprel 1994-cü ildə Şəki şəhər Kiçik Dəhnə kəndində anadan olub.

2000-ci ildə Mingəçevir şəhər N.Nərimanov adına 1 saylı orta məktəbin 1-ci sinifinə başlayıb,2011-ci ildə həmin məktəbdən məzun olub.

Məktəbdə təhsil aldığı müddətdə məktəblər arası qaçış yarışlarında ikinciliyi və məktəblər arası fizika olimpiadasında birinciliyi var.  

Eyni vaxtda 2005-ci ildə piano və qarmon üzrə Mingəçevir şəhər Uşaq Yaradıcılıq Musiqi Məktəbinə başlayıb,2008-ci ildə həmin mektəbdən məzun olub.

2000 və 2009 cu illərdə rəsmlə maraqlanıb və həmin illərdə məktəblər arası rəsm yarışlarında yer tutub.

2009-cu ildə proqramlaşdırma dilini öyrənməyə başlayıb və bir çox strategiyalı oyunların yaradılmasında boyük rol oynayıb. Bununla yanaşı hobbi olaraq ev dizaynı ilə maraqlanır.

2012-ci ildə hərbi xidmətə gedib və 2014-ci ildə hərbi xitməti başa vurub.

2014-cu ildə Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin Kompüter Elimləri ixtisasına qəbul olmuş, 2018-ci ildə məzun olmuşdur.

Universitetedə təhsil aldığı illərdə StartUp da müxtəlif layihələrədə işkirak etmişdir, İntellektual oyunlarda aktiv iştirak etməyi sevir, idmana xüsusi diqqət ayırır. Boks və Cüdo idman növləri ilə məşğul olub.

2015 Baku olimpiada oyunlarının aktiv könüllüsü olub.

15.06.2018-15.08.2018 tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Mingəçevir regional “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərmişdir, fəaliyyətini aktiv könüllü olaraq 1-ci dərəcə ilə başa vurmuşdur.

2018-ci ilin Oktyabr ayından “ASAN Könüllüləri” Təşkilatı Mingəçevir regional “ASAN Xidmət” mərkəzi üzrə nümayəndə vəzifəsində fəaliyyət göstər.

Microsoft office, Delphi, C, C++, java , Arduino (bir cox proqramlaşdırma dilləri) Planner 5D, Roomstyler 3D Home Planner, Adobe premiere pro, Adobe audition, Adobe Photoshop və.s digər proqramları bilir

 

İngilis və Rus dilini bilir.

 

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36