Anar Quliyev

Könüllülərlə İş Departamenti

Mingəçevir regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Anar Nadir oğlu Quliyev 05.02.2000-ci ildə Mingəçevir şəhərində anadan olub.

2006-2017­-ci illərdə Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbdə təhsil aıb.

2017- ci ildən etibarən Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Dövlət və Bələdiyyənin İdarə Olunması ixtisası üzrə təhsilini davam etdirir.

Həmin fakültənin Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışır.

03.09.2017-09.2017-ci ildə Amerika Birləşmiş Ştatlarının təşkilatçılığı ilə İsmayıllı rayonunda təşkil edilmiş “Azerbaijani Boys İnovation Camp” düşərgəsində Mentor vəzifəsində fəaliyyət göstərmiş, fəaliyyətini sertifikatla bitirmişdir.

05.02.2016- ci il tarixindən Mingəçevir Gənclər Evinin aktiv könüllüsü və təşkilatçısıdır.

04.01.2019- cu il tarixindən İşıqlı Gələcək Gənclər İctimai Birliyinin kordinatoru vəzifəsində çalışır.

2019-cu ildən etibarən BMT UNİAC və UNİCEF proqramlarında təşkilatçı və təlimçi vəzifələrini icra edir.

15.02.2018 - 15.04.2018 tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Mingəçevir regional "ASAN xidmət" mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini aktiv könüllü olaraq başa vurmuşdur.

2019 –cu ilin dekabr ayından "ASAN Könüllüləri" Təşkilatı Mingəçevir regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndə vəzifəsində fəaliyyət göstərir.

Kitab oxumağı, İntellektual oyunlarda aktiv iştirak etməyi sevir.

MC Word, PowerPoint, Excel proqramlarını və İngilis dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36