İlkin Fətullayev

Könüllülərlə İş Departamenti

Əməkdaş

İlkin Azər oğlu Fətullayev 4 yanvar 2002-ci ildə Quba şəhərində anadan olmuşdur.

2008-2017-ci illərdə Quba şəhəri 7 saylı tam orta məktəbdə təhsil almış və tam orta təhsilini
bitirmişdir.

2017-ci ildə Quba Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuşdur. Hal-hazırda “Turizm və onun
təşkili” ixtisası üzrə təhsilini davam etdirir.

30.12.2017-28.02.2018 tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Quba regional “ASAN xidmət”
mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini aktiv könüllü olaraq 1-ci dərəcə ilə başa
vurmuşdur.

2018-ci ilin May ayından 2019-cu ilin Fevral ayına qədər “ASAN Könüllüləri” Təşkilatı Quba regional
“ASAN xidmət” mərkəzi üzrə nümayəndə vəzifəsində  fəaliyyət  göstərib.

2019-cu ilin Fevral ayından etibarən “ASAN Könüllüləri” Təşkilatının Könüllülərlə iş departamentinin
əməkdaşı olaraq fəaliyyət göstərir.

İngilis və Rus dilini bilir, MC Office, Adobe After Effect, Adobe Photoshop, Adobe Premiere, Adobe
Lightroom, Adobe Audition, Maxon Cinema 4D proqramlarında işləməyi bacarır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36