Məmmədli Səidə

Könüllülərlə İş Departamenti

Masallı regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Səidə Elduz qızı Məmmədli 20 iyul 1999-cı ildə Masallı rayonunda anadan olub.

2005- ci il Masallı rayonu C.Cabbarlı adına 1 saylı Ərkivan kənd orta məktəbində orta təhsilə başlayıb.

2009- cu il Binəqədi rayon R.İmanov adına 205 saylı məktəbinə, sonra isə 2013- cü il Saray M.Ələkbərov adına 1 saylı məktəbdə davam edib.

2015-2018-сi illərdə isə Azərbaycan İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecində vergi və vergitutma ixtisası üzrə təhsil alıb.   

15.09.2018-15.11.2018 ci il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin nəzdində Masallı regional "ASAN xidmət" mərkəzində könüllü olaraq fəaliyyət göstərib, fəaliyyətini qrup rəhbəri olaraq 1-ci dərəcəli sertifikat ilə başa vurub.

15.12.2018- ci il tarixindən "ASAN Könüllülər" Təşkilatı Masallı regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə vəzifasində fəaliyyət göstərməyə başlayıb.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36