Fəridə Kərimova

Könüllülərlə İş Departamenti

Sumqayıt regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Fəridə Kərimova  Natiq qızı 6 iyun 2000-ci ildə anadan olub. 

2006-2017-ci illərdə Sumqayıt şəhərində Y.Məmmədəliyev adına 31 saylı məktəbdə təhsil alıb.

2018-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitedində Rəssamlıq fakültəsi İnteryer dizayner ixtisasına qəbul olub və hal-hazırda 1-ci kurs tələbəsidir.

2011-ci ildən etibarən rəssamlıq, heykəltəraşlıq ilə məşğul olur.

Boş zamanlarında səs yarışları, voleybol yarışları, qaçış yarışları və rəssamlıq yarışlarında iştirak edir.

Bundan başqa Sumqayıt regional "Asan xidmət" mərkəzində və Socar Azərkimya İB-də rəssamlıq yarışlarında yer tutaraq diplomla təltif olunub.

30.05.2018 tarixində Azərbaycan Respublikası Prezisenti yaninda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Sumqayıt regional "Asan xidmət" mərkəzində könüllu olaraq fəaliyyət göstərməyə başlayıb və 1-ci dərəcə ilə başa vurub.

2019-cu il 20fevral tarixindən etibarən "Asan Könüllüləri" Təşkilatı Sumqayıt regional "Asan Xidmət" mərkəzi üzrə nümayəndə vəzifəsini icra edir.

Microsoft Office frogramlarında işləməyi bacarır. İngilis dilini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36