Ağasiyeva Rəhilə

Könüllülərlə İş Departamenti

Quba regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Rəhilə Sahib qızı Ağasiyeva 4 avqust 2000-ci ildə Quba şəhərində anadan olmuşdur.
2006-2017-ci illərdə Quba şəhəri 2 saylı Təbiət fənləri təmaüllü tam orta məktəbdə təhsil almış və
tam orta təhsilini bitirmişdir.
01.06.2017-30.07.2018 tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Quba regional “ASAN xidmət”
mərkəzində könüllü olaraq fəaliyyət göstərmiş, fəaliyyətini aktiv könüllü olaraq 1-ci dərəcə ilə başa
vurmuşdur.
16.03.2019-21.04.2019 tarixində “WoWoman in Me” şəxsi inkişaf və mentorluq intensiv
programında iştirak etmiş və həmin programda “ Down Sərhəd Deyil” adlı layihə təqdimatında II yerə
layiq görülmüş və təltif edilmişdir.
2019-ci ilin May ayından “ASAN Könüllüləri” Təşkilatı Quba regional “ASAN Könüllüləri” mərkəzi
üzrə nümayəndə vəzifəsində fəaliyyət göstərir.
İngilis dilini bilir, MC Ofis proqramlarında işləməyi bacarır.
Rəssamlıqla məşğul olur.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36