Yusif Abdullayev

Könüllülərlə İş Departamenti

Sumqayıt regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Yusif Abdullayev Asif oğlu 27 noyabr 1999 - cu ildə Sumqayıt şəhərində anadan olub.

2006-2017 - ci illərdə Sumqayıt şəhər "Təfəkkür" liseyində təhsil alıb və liseyi fərqlənmə ilə bitirib.

2017 - ci ildə ADA Universitetinin “Biznesin idarə edilməsi” fakültəsinə daxil olub.

2012-2017 - ci illərdə peşəkar üzgüçülük, 2013-2016 - cı illərdə karate idman növü ilə məşğul olub və bir sıra nailiyyətlərə yiyələnib.

Könüllülük fəaliyyətinə 2018 - ci ilin may ayında Sumqayıt “ASAN xidmət” mərkəzində başlayıb və 1-ci dərəcəli sertifikat ilə fəaliyyətini başa vurub.

2019 - cu ildə "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında könüllü kimi fəaliyyət göstərib.

İngilis dilini bilir və Microsoft Office proqramlarında işləməyi bacarır.

 
 
 
 
 

Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36