Abbasov Rəşad

Könüllülərlə İş Departamenti

3 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Abbasov Rəşad Elşən oğlu 10 sentyabr 2001 - ci ildə Saatlı şəhərində anadan olub.

2007-2018 - ci illərdə Cəbrayıl rayonu Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində təhsil alıb.

2016 - cı ildə Cəbrayıl rayon şahmat çempionatında qalib olub.

2018 - ci ildə Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və idarə etmə fakültəsinin Sənayenin təşkili və idarə olunması ixtisasına daxil olub.

AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvüdür.

2019 - cu ildə “Küləyə qalib gəl” marafonunda iştirak edib.

2019 - cu ilin iyun və avqust aylarında Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərib. 

Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzində könüllülər üzrə nümayəndə kimi fəaliyyət göstərir.

Ofis proqramlarında işləməyi bacarır.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36