İsrafilova Rəfiqə

Könüllülərlə İş Departamenti

5 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

İsrafilova Rəfiqə Rəşadət qızı 16 iyun 1999 - cu ildə Rusiya Federasiyasının Radujnıy şəhərində anadan olub.

2006 - cı ildə 171 saylı tam orta məktəbə daxil olub.

2017 - ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş ixtisasına daxil olub.

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının üzvüdür.

2018 - ci ildən AİESEC - in üzvüdür.

Azərbaycan Sosial İşçilər İctimai Birliyinin üzvüdür.

2018 - ci ilin may və iyul aylarında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib və 1-ci dərəcə ilə fəaliyyətini tamamlayıb.

2018 - ci ildə Dövlət Miqrasiya Xidmətində könüllü kimi fəaliyyət göstərib.

2019 - cu ilin may və iyul aylarında “DOST Agentliyi"ndə könüllü kimi fəaliyyət göstərib və “A” dərəcəsi ilə fəaliyyətini bitirib.

2019 - cu ilin iyul ayında "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında könüllü kimi fəaliyyət göstərib.

2019 - cu ilin oktyabr ayından “ASAN Könüllüləri” Təşkilatının 5 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndə kimi fəaliyyət göstərir.

Rus dilini bilir və ofis proqramlarında işləməyi bacarır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36