Dərya Möhnətli

İctimaiyyətlə Əlaqələr Departamenti

Əməkdaş

Dərya Möhnətli Kamal oğlu 27 iyun 2000 - ci ildə Neftçala şəhərində anadan olub.

2017 - ci ildə Neftçala şəhər 1 saylı tam orta məktəbin məzunu olub.

2017 - ci ildə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının Fizika-texnologiya fakültəsinin Kompüter mühəndisliyi ixtisasına qəbul olub və hal-hazırda bakalavr təhsilini davam etdirir.

2018 - ci il 6-19 iyul tarixlərində AMEA-nın Fizika institutunda “Təcrübəçi“ vəzifəsində çalışıb.

2019 - cu ildə fevral və aprel aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 5 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışıb və 1-ci dərəcə ilə fəaliyyətini  başa vurub.

2019 - cu il 25-28 iyul tarixlərində “JARA” 2019 Beynəlxalq Musiqi Festivalında “Spectator“ vəzifəsində çalışıb.

2019 - cu il iyul-avqust tarixlərində “Caspel” MMC şirkətində “Təcrübəçi“ vəzifəsində çalışıb.

2019 - cu il dekabr ayından etibarən “ASAN Könüllülәri" Tәşkilatı İctimaiyyətlə Əlaqələr departamentinin əməkdaşı olaraq fəaliyyət göstərir.

Rus və ingilis dillərini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36