Hüseynquluyev Rahib

Könüllülərlə İş Departamenti

3 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Hüseynquluyev Rahib Malik oğlu 4 aprel 2000 - ci ildə Biləsuvar rayonunda anadan olub.

2006 - cı ildә Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 1 - ci sinfinə daxil olub.

2017 - ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin Davamlı inkişafın idarə edilməsi ixtisasına qəbul olub.

2019 - cu ildə sentyabr və noyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışıb.

2019 - cu ilin 19 noyabr tarixindən "ASAN Könüllüləri" Təşkilatının 3 saylı Bakı "ASAN Xidmət" mərkəzi üzrə nümayəndə kimi çalışır.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36