Fatimə İsmayılzadə

Könüllülərlə İş Departamenti

1 saylı "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Fatimə İsmayılzadə İlqar qızı 19 aprel 2001 - ci ildə Bakıda anadan olub.

2007-2018 - ci illərdə İlham Məmmədov adına 261 saylı məktəb-liseydə təhsil alıb.

2018 - ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin “İspan dili və ədəbiyyatı” ixtisasına daxil olub.

Hal - hazırda Azərbaycan Dillər Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatı üzrə koordinator olaraq fəaliyyət göstərir.

2019 – cu ildə sentyabr və oktyabr aylarında Azərbaycan Respulikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü çalışıb və 1-ci dərəcə ilə fəaliyyətini başa vurub.

Hal-hazırda “ASAN Könüllüləri” Təşkilatının 1 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi kimi fəaliyyət göstərir.

İngilis, İspan və Rus dillərini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36