Emil Məmmədov

Könüllülərlə İş Departamenti

Sumqayıt regional "ASAN Könüllüləri" mərkəzi üzrə nümayəndə

Məmmədov Emil Rövşən oğlu 14 mart 2001 - ci ildə Rusiya Federasiyasının Çelyabinsk vilayətində anadan olub.

2007-2018 - ci illərdə Sumqayıt şəhəri "Təfəkkür" liseyində təhsil alıb.

2018 - ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin Sosiologiya ixtisasına daxil olub.

2019 - cu il fevral ayından Sumqayıt Dövlət Universiteti Debat Klubunun sədri olaraq fəaliyyət göstərir. 

2019 - cu il aprel ayından Sumqayıt Gənclər Klubunun İntellektual Oyunlar və Debat Klubunun sədri olaraq fəaliyyət göstərir. 

2019 - cu il iyun ayından Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının Ümumi işlər üzrə sədr müavini olaraq fəaliyyət göstərir. 

2019-cu ilin iyul ayında "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya festivalında könüllü kimi fəalliyyət göstərib.

2019 - cu ildə oktyabr və dekabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Sumqayıt regional "ASAN xidmət" mərkəzində könüllü çalışıb və 1-ci dərəcə ilə fəaliyyətini başa vurub.

2020 - ci ilin fevral ayından  Sumqayıt regional "ASAN xidmət" mərkəzinin nümayəndəsi kimi fəaliyyət göstərir.

 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36