SAHİL MƏMMƏDLİ

Rəhbərlik

Baş Katib

Sahil Gülağa oğlu Məmmədli 18 mart 1991-cı ildə Naxçıvan MR., Ordubad rayonunda anadan olmuşdur.

Orta təhsilinə kənd məktəbində başlamış və 2004-2009-ci illərdə Akademik Əhməd Mahmudov adına Şərur Türk Liseyində oxumuşdur. Şagird olduğu vaxtlardan etibarən yerli və beynəlxalq olimpiadaların iştirakçısı olmuşdur. 2006-ci ildə 4-cü Beynəlxalq Türk dili Olimpiadasının gümüş medal mükafatçısı , 2007-ci ildə 1-ci INEPO (International Eurasia Environmental Project Olympiad ) layihə olimpiadasının iştirakçısı, 2008-ci ildə 5-ci beynəlxalq BUSEF (Burc Science and Engeenering Fair) layihə olimpiadasının bürünc medal mükafatçısı olmuşdur.

2009-cu ildə orta təhsilini fərqlənmə ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment ixtisasına qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2009 tarixli 24 sentyabr 493 nömrəli Sərəncamı ilə 2009/2010-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və prezident təqaüdünə layiq görülmüşdür. 2013-cü ildə bakalavr dərəcəsinin fərqlənmə diplomu ilə bitirmiş və 2013-cü ildən etibarən Azərbaycan Turizm və Menecment Universitetində Menecment ixtisasi üzrə magistr təhsili alır.Tələbəlik illərində Qeyri-hökümət , habelə gənclər təşkilatlarının işlərində aktivlik nümayiş etdirmiş, könüllü kimi fəaliyyət göstərmişdir.

2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində istehsalat təcrübəsi keçmişdir. 2013-cü ilin aprel-iyul aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin könüllü kimi çalışmış, 2013-cü ilin avqust ayında mütəxəssis vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin oktyabr ayından etibarən Könüllülər üzrə müvəkkil kimi könüllük fəaliyyəti ilə bağlı çalışır.

2013-cü ilin oktyabr ayında “ASAN könüllüləri” gənclər təşkilatının həmtəsisçisi olmuşdur.

İngilis, rus, türk dillərini bilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36