Könüllülər Yurdu

ASAN Könüllüləri şəbəkəsi

(İyun-İyul 2015)

“ASAN Könüllüəri” gənclər təşkilatı tərəfindən həyata keçiriləcək “Könüllülər Yurdu – Azərbaycan” layihəsinin əsas məqsədi könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır. 

Layihə çərçivəsində regionda yaşayan gənclərin könüllü fəaliyyət barədə düzgün məlumatlandırılması, bu mövzu ətrafında olan mənfi düşüncələrin və stereotiplərin aradan qaldırılması, region gənclərinin sosial fəaliyyətlərinə təkan verə biləcək bu fəaliyyətin onların həyatındakı önəmini artırmaq, bununlada regionda yaşayan gənclərin vaxtlarını düzgün qiymətləndirmələri, sosial aktivliklərini artırmaqları ilə Respublikamızda gedən inkişafa öz töhfələrini vermələrinə şərait yaratmaqdır. 

Bu məqsədlə yeni “ASAN xidmət” mərkəzləri açılacacağı və yenicə açılmış şəhər və rayonlarda  hər ay (Sabirabad, Bərdə, Masallı və Qəbələdə) intensiv şəkildə 4 təlimin keçirilməsi nəzərdə tutulmuşdur. Təlimlər Gənclərin hüquqları, Könüllülüyün nə olduğu və onun əsas prinsipi, Könüllülüyün gənclər üçün önəmliyi, Könüllülüyün gənclərin iş və sosial həyatlarında rolu, Ictimai ünsiyyət və düzgün davranış qaydaları, Könüllülük üçün mövcüd imkanlar və Fərdi inkişafın zəruriyyəti mövzularında keçirilməsi planlaşdırılır. 

Təlimlərin ümumən Sabirabad, Bərdə, Masallı, Qəbələ, eləcə də ətraf rayon və şəhərlərin 400 gəncini əhatə etməsi gözlənilir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36