Avto TƏLİM

Şəxsi inkişaf

(Aprel 2014)

8 aprel 2014-cü il tarixində 1 ay davam edən "Avto Təlim" layihəsi başa çatmışdır. 

Təlimlərin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə yol hərəkəti qaydalarını aşılamaqdır. Təlimdə yaşayış ərazilərində, dəmiryol keçidlərində və avtomagistrallarda hərəkət qaydaları təlim iştirakçılarına izah edilib və bir sıra test tapşırıqları yerinə yetirilib. Bu təlimlərin keçirilməsi həm maddi, həm də mənəvi cəhətdən dəyən zərərin azalmasına xidmət etmişdir.

Avto-təlimlərə yol hərəkəti qaydalarını dərindən mənimsəmək və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclər cəlb olunmuşlar. Avto-təlimlər bir ay müddətində davam etmiş və yekun olaraq özünü sınamaq istəyən tələbələr Dövlət Baş Yol Polisi İdarəsində qeydiyyatdan keçərək imtahan vermişlər.

1 ay davam edən təlimlərdə 30 gənc iştirak etmişdir. Layihəni uğurla başa vuran gənclər sertifikatla təltif olunmuşlar.

 

Читать полностью: http://news.day.az/society/480698.html

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "ASAN Könüllüləri" gənclər təşkilatı ictimai birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilmişdir.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36